четверг, 10 апреля 2014 г.

Kitabın həyatımızda rolu

Hər birimiz  kitaba  borcluyuq   ( H.Əliyev)
  Kitablar  bəşəriyyətin  bütün dövrlərini  özündə  qoruyub  saxlamışdır. Kitablar vasitəsilə  keçmişə  səyayət edərək insanların  necə  yaşadıqlarını, nələr  yaratdıqlarını  öyrənirik. Kitab  bizim  üçün   dünyaya  yeni  bir  pəncərə  açır, dünyanı  daha  cazibədar  edir. Kitab  görmədiyimiz, tanımadığımız  yerləri, insanları  tanıdır, yeni  fikirlər  ideyalar  verir. Bizim  oxuduğumuz  bütün  kitablar  hansı  sahəni  əhatə  edirsə  etsin, həyatımızda  mühüm  rol  oynayır. İstər  biologiya,  istər  fizika, istər  riyaziyyat, istərsə  də  tarix  kitabları  olsun, onlarsız   həyatı  təsəvvür  etmək  mümkün  deyil. Bizə  yalnız  onları  oxumaq  və  onlardan  istifadə  etmək, onlarda  qiymətli  nə  varsa  götürmək  qalır. Bugün  biz  kitabları oxuyuruq, təhlil  edirik  və  nəticə  çıxardırıq. Ondan  əldə  etdiyimiz  bilikləri  həyatımızda  tədbiq edirik. Kitablar  haqqındakı  araşdırmalardan  sonra biz  bu  nəticəyə  gəldik  ki, kitablardan  əldə  etdiyimiz  biliklər  vasitəsilə gələcəyin  alimləri, tədqiqatçıları, ixtiraçıları  olaq !  Gəlin  biz  də kitabları  sevək, qoruyaq, gələcək  nəsillərə  ötürək! 

Elektron, yoxsa kağız kitab?

    Elm  və  texnologiyanın  inkişafı  nəticəsində  artıq elektron  kitablar  ixtira  olunmuşdur  ki, bunun  da  bir  sıra  üstünlükləri  vardır. Elmi  texnoloji  tərəqqi  konservatizm  ideyaları  ilə  rəqabət  aparır. Sual: "Hansı  kitablar  yaxşıdır: kağız, yoxsa  elektron?" - birmənalı  fikir  ola  biməz. Dəqiq  cavab  vermək  mümkün  deyil. Çünki  hər  vəziyyət üçün  müəyyən  olunmuş  seçim  var.

Hansı  hallarda  elektron  kitablar  uyğundur?  Elektron  kitabların  üstünlüyü  nədədir?
Elektron  versiyada  istənilən  ədəbiyyatı  əldə  etmək  mümkündür.  Uzun  axtarışlı  kağız  kitablardan  fərqli  olaraq, hətta  nadir  kitabları  da  tez  bir  zamanda  əldə  edib  oxuya  bilərik. Elektron  kitabların  daha  rahat  və  münasib  qiymətə  olduğu  da  danılmaz  faktdır. İnternetdən   tez-tez  ədəbi  əsərlər  yükləyə  bilərik. E-kitablarda, həmçinin  yazının  ölçüsünü  dəyişdirmək, mətndaxili  axtarışlar  etmək  funksiyaları  var. E-kitabları rahat  daşımaq  olur.

Kağız  kitablar  nə  vaxt  yaxşıdır?
Ev mühitini  sevimli  kitab  olmadan  təsəvvür  etmək  olmaz, təbii  ki, kağız  kitab...  Divanda  əyləşib  kitabın  səhifələrini  vərəqləyərək  oxumaq  çap  istehsalı  sevən  oxuculara  xüsusi  zövq  verir. Köhnə  fikirli olan  bəzi  insanları  elektron  dövrünün  irəliləyişləri  qorxudur. Əlbəttə  ki, onlar  kağız  kitabı  seçirlər. Uşaqlar  üçün  də  şəkilli  çap  istehsallı  kitablar  almaq  daha  yaxşıdır.
Bəs  siz  hansına  üstünlük  verirsiniz - elektron, yoxsa  kağız kitablar?

Kitabın tarixi

  
Kağızın   meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdiOna görə də irəli düşüncəli  insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək uğrunda uzunmüddətli axtarışlara başladılar. Kitabşünas H.Həsənovun araşdırmalarında  kitabın Şərqdə yaranması ilə bağlı maraqlı faktlar var. Onun məlumatına  əsasən  "VIII əsrin ilk onilliklərində Çində (713-741), Koreyada(704-751), sonralar Yaponiyada (765-770) ksiloqrafiya üsulu ilə çap işi,  kitab istehsalının sürətini əsaslı şəkildə artıra bilməsə də, kitab çapına doğru ilk müvəffəqiyyətli axtarışlara səbəb oldu".  Avropada kitab çap üsulu isə çox sonralar meydana gəlib. Belə ki, 1440-cı ildə alman ixtiraçısı İ.Qutenberq Qərbdə kitab çapının əsasını qoydu. O, çap  dəzgahı  ixtira  etdi  və  1445-ci  ildə çap  üsulu  ilə ilk  kitabı - "Tövrat"  kitabını nəşr etdi. 

   Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A. Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P. Knyaginski avtomat özüyığan maşını ixtira edir. "Fotoyığım" ideyası isə macar ixtiraçısı E. Porselt tərəfindən irəli sürülsə də (1894), onun  geniş  tətbiqi  XX əsrin ortalarını əhatə edi
Kitabın istehsalı, xüsusən də əlyazma kitabın inkişafında özünəməxsus dəst-xətti olan Azərbaycan kitabının da maraqlı tarixi var. Azərbaycanda litoqrafiya üsulunda kitab çapı XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. İlk Azərbaycan çap  kitabının Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın "Mediçi" nəşriyyatında çap olunan "Təhriri-öqlidis" ("Evklidin şərhi") əsəri olduğu bildirilirRiyaziyyata aid bu nəşr nümunəsi xaricdə istehsal  olunsa dailk çap kitabımız kimi dəyərləndirilir. XIX  əsrin  sonlarında  isə  Azərbaycanda  müasir  çap  üsulu  ilə  kitab  nəşrinə  təşəbbüs  göstərilmişdir.