четверг, 10 апреля 2014 г.

Kitabın həyatımızda rolu

Hər birimiz  kitaba  borcluyuq   ( H.Əliyev)
  Kitablar  bəşəriyyətin  bütün dövrlərini  özündə  qoruyub  saxlamışdır. Kitablar vasitəsilə  keçmişə  səyayət edərək insanların  necə  yaşadıqlarını, nələr  yaratdıqlarını  öyrənirik. Kitab  bizim  üçün   dünyaya  yeni  bir  pəncərə  açır, dünyanı  daha  cazibədar  edir. Kitab  görmədiyimiz, tanımadığımız  yerləri, insanları  tanıdır, yeni  fikirlər  ideyalar  verir. Bizim  oxuduğumuz  bütün  kitablar  hansı  sahəni  əhatə  edirsə  etsin, həyatımızda  mühüm  rol  oynayır. İstər  biologiya,  istər  fizika, istər  riyaziyyat, istərsə  də  tarix  kitabları  olsun, onlarsız   həyatı  təsəvvür  etmək  mümkün  deyil. Bizə  yalnız  onları  oxumaq  və  onlardan  istifadə  etmək, onlarda  qiymətli  nə  varsa  götürmək  qalır. Bugün  biz  kitabları oxuyuruq, təhlil  edirik  və  nəticə  çıxardırıq. Ondan  əldə  etdiyimiz  bilikləri  həyatımızda  tədbiq edirik. Kitablar  haqqındakı  araşdırmalardan  sonra biz  bu  nəticəyə  gəldik  ki, kitablardan  əldə  etdiyimiz  biliklər  vasitəsilə gələcəyin  alimləri, tədqiqatçıları, ixtiraçıları  olaq !  Gəlin  biz  də kitabları  sevək, qoruyaq, gələcək  nəsillərə  ötürək! 

Комментариев нет:

Отправить комментарий