Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdi. Ona görə də irəli düşüncəli insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək uğrunda uzunmüddətli axtarışlara başladılar. Kitabşünas H.Həsənovun araşdırmalarında kitabın Şərqdə yaranması ilə bağlı maraqlı faktlar var. Onun məlumatına əsasən "VIII əsrin ilk onilliklərində Çində (713-741), Koreyada(704-751), sonralar Yaponiyada (765-770) ksiloqrafiya üsulu ilə çap işi, kitab istehsalının sürətini əsaslı şəkildə artıra bilməsə də, kitab çapına doğru ilk müvəffəqiyyətli axtarışlara səbəb oldu". Avropada kitab çap üsulu isə çox sonralar meydana gəlib. Belə ki, 1440-cı ildə alman ixtiraçısı İ.Qutenberq Qərbdə kitab çapının əsasını qoydu. O, çap dəzgahı ixtira etdi və 1445-ci ildə çap üsulu ilə ilk kitabı - "Tövrat" kitabını nəşr etdi.
Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A. Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P. Knyaginski avtomat özüyığan maşını ixtira edir. "Fotoyığım" ideyası isə macar ixtiraçısı E. Porselt tərəfindən irəli sürülsə də (1894), onun geniş tətbiqi XX əsrin ortalarını əhatə edi
Kitabın istehsalı, xüsusən də əlyazma kitabın inkişafında özünəməxsus dəst-xətti olan Azərbaycan kitabının da maraqlı tarixi var. Azərbaycanda litoqrafiya üsulunda kitab çapı XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. İlk Azərbaycan çap kitabının Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın "Mediçi" nəşriyyatında çap olunan "Təhriri-öqlidis" ("Evklidin şərhi") əsəri olduğu bildirilir. Riyaziyyata aid bu nəşr nümunəsi xaricdə istehsal olunsa da, ilk çap kitabımız kimi dəyərləndirilir. XIX əsrin sonlarında isə Azərbaycanda müasir çap üsulu ilə kitab nəşrinə təşəbbüs göstərilmişdir.

Комментариев нет:
Отправить комментарий